Qitanas Nauseda - NATO sammiti ukraynalıların ümidini qırmayacaq
Qitanas Nauseda - NATO sammiti ukraynalıların ümidini qırmayacaq

NATO sammiti ukraynalıların ümidini qırmayacaq-bu sözləri Litva Prezidenti Qitanas Nauseda söyləyib.

Nauseda ümid edir ki, Ukrayna Prezidenti Vilnüs sammitinə gələrək “mütləq çox şey əldə edəcək, amma bəlkə də planlarının maksimumundan gözlədiyi hər şey olmayacaq”.

“Məndə belə bir hiss var ki, biz ukraynalıların ümidini qırmayacağıq və öyrəşdiyimizdən daha çox şey söyləyəcək bir ifadə tapacağıq”- Nauseda bildirib.

Prezidentin fikrincə, sammit iştirakçıları bu il 2008-ci ildə Buxarestdə keçirilən sammitdə deyilənlərdən daha çox şey desələr, bu, uğurlu olar. Qitanas Nauseda həmçinin qeyd edir ki, ayrı-ayrı dövlətlər əlavə dəstək paketləri ilə Vilnüsə gələcəklər.