Giorgi Çoqovadze - Uşaq Avroviziyası ilə dünyaya, nə qədər maraqlı və təhlükəsiz ölkə olduğumuzu bir daha bildirəcəyik
Giorgi Çoqovadze - Uşaq Avroviziyası ilə dünyaya, nə qədər maraqlı və təhlükəsiz ölkə olduğumuzu bir daha bildirəcəyik

Uşaq Avroviziyası ona imkan yaradacaq ki, dünyaya, nə qədər maraqlı və təhlükəsiz ölkə olduğumuzu bir daha bildirək, – bu haqqda Milli Turizm Agentliyinin rəhbəri, Giorgi Çoqovadze Avroviziya Uşaq Mahnı Müsabiqəsi ilə bağlı mətbuat konfransında bildirdi.

Onun dediyinə görə, Uşaq Avroviziyası 20 ölkədə yayımlanacaq, bu da Gürcüstanın tanınması və populyarlaşdırılmasına imkan yaradacaq.

“Uşaq Avroviziyası  “Çek in Georgia” layihəsi çərçivəsində keçirilir. “Çek in Georgia” layihəsi, Gürcüstanın dünya miqyası ilə tanınması və populyarlaşdırılmasının artırılmasını nəzərdə tutur və buna xidmət edir.

Bu şounun bir başa translasiyası 20 ölkədə baş verəcək və Uşaq Avroviziyası və Avroviziya, dünya kütləvi mediyasının ən tanınmış layihəsi kimi, imkan yaradacaqdır ki, dünyaya bir daha bildirək, nə qədər təhlükəsiz və nə qədər maraqlı ölkəyik”, – Giorgi Çoqovadze bəyan etdi.

Milli Turizm Agentliyinin rəhbərinin qeyd etdiyinə görə, əgər 2016-cı ildə altı milyonuncu turist qarşılandısa, 2017-ci ildə  yeddi milyonuncu turist qarşılanacaq.

Milli Turizm Agentliyinin rəhbəri, Giorgi Çoqovadze, Avroviziya Uşaq Mahnı Müsabiqəsinin təşkili məsələsinə qoşulmuş hər bir insana, dövlət idarəsinə və sponsora minnətdarlığını bildirdi.