Girqvlianinin işi ilə bağlı Saakaşvilinin üç il azadlıqdan məhrum edilməsi haqqında qərar verildi
Girqvlianinin işi ilə bağlı Saakaşvilinin üç il azadlıqdan məhrum edilməsi haqqında qərar verildi

Sandro Girqvlianinin işi ilə bağlı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin dörd il ilə azadlıqdan məhrum edilməsi haqqında qərar verildi. Ancaq amnistiya nəticəsində, cəzanın müddəti üç ilə qədər düşürüldü.

Saakaşviliyə qarşı bu qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze bir saat bundan öncə elan etdi.

Sandro Girqvlianinin işi ilə bağlı Mixeil Saakaşvilinin işinin müzakirəsi yanvarın 3-də başa çatdı və hakim Giorgi Arevadze son qərarın verilməsi üçün məhkəmə zalından çıxaraq, məsləhətləşmə üçün vaxt istədi.

Bu məsələ ilə bağlı məhkəmə prosesi bir neçə il davam edir.

Gürcüstanın sabiq prezidentini Sandro Girqvlianinin işindəki cinayətkarları qorumaqda təqsirləndirirlər.