Giorgi Vaşadze - Bütün siyasi partiyalara müraciət edirəm, yaxşı düşünüb, birlik olmağı seçək

Bütün siyasi partiyalara müraciət edirəm, yaxşı düşünüb, birlik olmağı seçək, ancaq öz yolumuzu da seçməliyik ki, kiminsə əsiri olmayaq, – bu bəyanatı “Ağmaşenebeli strategiyasının” lideri Giorgi Vaşadze verdi.

Onun dediyinə görə, “Ağmaşenebeli strategiyası” tələb olunan razılaşma əldə edilmədən parlamentə daxil olmağı düşünmür.

“Təəsüf ki, yenə kirli hücumların qurbanı olduq. Cənab Nika Qvaramia tərəfindən dəstəklənən qüvvələr müxalifət razılaşmasını pozdular. Mənim dəstəmin məqsədi odur ki, nə “Milli Hərəkata”, nə də “Gürcü Arzusuna” səs verməyən 30 faiz birləşək və çıxa bilmədiyimiz bu sehrli dairədən birtəhər çıxaq.

Mən istəyirəm ki, İvanişviliyi bu ölkədən silək. Siz müxalifətdə hər zaman ilk sıralarda olmaq istəyirsiniz, ancaq biz kirli təxribatlara qoşulmayacağıq.

Müxalifətlə görüşə ona görə gəldim ki, İvanişvilinin bu ölkədən getməsi üçün fundament qoyulsun” – dedi Giorgi Vaşadze.

Giorgi Vaşadzenin dediyinə görə, “qaranlıq tərəfdə o insanlardır, hansılar qələbəyi deyil, baş müxalifət olmaq istəyirlər”.