Giorgi Rurua məsələsinin müzakirə edildiyi məhkəmə prosesində sözlü münaqişə baş verdi
Giorgi Rurua məsələsinin müzakirə edildiyi məhkəmə prosesində sözlü münaqişə baş verdi

Giorgi Ruruanın məhkəmə prosesi səs-küylə keçdi.

İttiham edilən şəxs və prokurorlar arasında sözlü münaqişə baş verdi.

Prosesdə Giorgi Ruruanın avtomobilini yoxlayan ekspert-kriminalistlər də sorğulandılar. İttiham edən tərəfin məlumatına görə, Ruruanın maşınından odlu silah tapılıb.

Məhkəmə prosesində Giorgi Rurua şahadlara suallar veriridi, prokurorlar isə, ona müraciət etdilər ki, suallarını daha da konkretləşdirsin. Elə o zaman da, Rurua və prokurorlar arasında sözlü münaqişə baş verdi.

Hakim isə, Ruruaya daha korrekt danışması üçün müraciət etdi.

Giorgi Ruruanın vəkili Dimitri Sadzaqlişvilinin dediyinə görə, prokurorlardan biri ittiham edilən şəxsin və vəkilinin üstünə çığırmağa başladılar.