Giorgi Qaxaria - Vətəndaşlarımıza təmir edilmiş, təhlükəsiz məktəb və tez əldə edilən nəticələr lazımdır
Vətəndaşlarımıza təmir edilmiş, təhlükəsiz məktəb və tez əldə edilən nəticələr lazımdır, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Təhsil Nazirliyinin əməkdaşları ilə görüş zamanı verdi.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökümət başçısı yeni tədris ili üçün hazırlıq prosesi ilə maraqlandı və Təhsil Nazirliyinin 2019-2020-ci illərdə təqdim etdiyi yeniliklərlə maraqlandı.
Baş nazirin mətbuat xidmətinin məlumatında deyilir ki, baş nazir periodik olaraq, nazirliklərin əməkdaşları ilə görüşlər keçirəcək və idarələrdə baş verən dinamika haqqında məlumatı şəxsən dinləyəcək.