Giorgi Qaxaria - Ümidsiz bir müxalifətin olduğu halda, ölkənin müsbət inkişafı qeyri-mümkündür

Yenə bir daha əmin oldum ki, “Milli Hərəkat” və onun filialı olan “Avropa Gürcüstanı” eyni qrupdur, – bu bəyanatı baş nazir namizədi Giorgi Qaxaria parlament iclasında çıxış edərkən verdi.

“Bugün “Milli Hərəkat” parlament zalından qaçdı, “Avropa Gürcüstanı” isə, mikrofonu ələ keçirdi və qurmaq istəmədi.

Onları cavablarımız zərrə qədər maraqlandırmırdı. Onlar disskussiya aparmağı belə bacarmırlar.

Belə ümidsiz bir müxalifətin olduğu halda, ölkənin müsbət inkişaf perspektivi çox azdır. Media azadlığından danışanlar bugün, verdikləri sualların cavablarını dinləmək istəmədilər” – dedi Giorgi Qaxaria.