Giorgi Qaxaria - Səhiyyə sistemi bu gün Gürcüstanda koronavirusun aşkarlandığı halda, çağırışa effektiv cavab verməyə tam hazırdır
Giorgi Qaxaria - Səhiyyə sistemi bu gün Gürcüstanda koronavirusun aşkarlandığı halda, çağırışa effektiv cavab verməyə tam hazırdır

Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında, koronavirusun prevensiya məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən atılan addımlar haqqında söhbət etdi.

Qaxarianın dediyinə görə, Səhiyyə Nazirliyi belə hallarda koordinasiya edən orqandır. Baş nazir digər nazirliklərə tapşırdı ki, gərəkdiyi halda, Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq etsinlər.

Qaxaria bəyan etdi ki, ölkənin səhiyyə sistemi Gürcüstanda koronavirusun yaylması hallarında, çağırışa effektiv cavab verməyə tam hazırdır.

“Səhiyyə sistemi bu gün Gürcüstanda koronavirusun aşkarlandığı halda, çağırışa effektiv cavab verməyə tam hazırdır” – dedi baş nazir.