Giorgi Qaxaria - İşini itirən və dövlət anti-krizis proqramından istifadə edən bütün vətəndaşların kredit ödənişləri yenə üç ay müddəti ilə təxirə salınacaq
İşini itirən və dövlət anti-krizis proqramından istifadə edən bütün vətəndaşların kredit ödənişləri yenə üç ay müddəti ilə uzadılacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.
Giorgi Qaxaria qeyd etdi ki, dünən bank sektorunun nümayəndələri ilə görüş keçiridi və müvafiq qərarlar verildi.
“Krizisin ilk mərhələsində biz bank sektoru ilə birqə qərar verdik və əhalinin kredit ödənişini 3 ay müddəti ilə təxirə saldıq. Bu üç ay artıq keçdi və ikinci mərhələdə biz yenə bir qərar verdik və bu səfər sadəcə işsiz və gəlirsiz qalan vətəndaşların kredit ödənişi yenə 3 ay müddətliyinə təxirə salınacaq” – dedi baş nazir.