Giorgi Marqvelaşvili vətəndaşları Novruz Bayramı münasibəti ilə təbrik etdi
Giorgi Marqvelaşvili vətəndaşları Novruz Bayramı münasibəti ilə təbrik etdi

Giorgi Marqvelaşvili vətəndaşları Novruz Bayramı münasibəti ilə təbrik etdi.

Giorgi Marqvelaşvilinin təbrik müraciətini bugün Marneuli əhalisinə Kvemo-Kartlinin qubernatoru Qriqol Nemsadze təqdim etdi.

“Novruz, bahar, ümid və sevgi bayramı münasibəti ilə sizi təbrik edirəm!

Biz öz dövlətimizi bərabər yaradırıq. İşguzarlıq və əməkdarlıq azərbaycan xalqını digərlərdən fərqləndirən və digər millətlərə nümunə olan bir əlamətdir. Birgə dövlətimizin inkişafına və inşaatına etdiyiniz qatqı və əmək ilə qürur duymaq tam haqqınızdır.

Bugün sizinlə bərabər ola bilmədim, çünki Sxinvalidə öldürülən vətəndaşımızın cəsədinin gətirilməsi ilə bağlı matəm günlərimizdir. Ancaq qəlbim sizin yanınızdadır.

Biz bir-birimizə dəstək olaraq, birgə əməklərimizlə güclü və azad bir ölkə yaradacağıq” – deyilir prezidentin bəyanatında.

Bu haqda məlumatı prezident administrasiyası yayır.