Giorgi Kvirikaşvili - Şəxsən mən, siyasi dəstəmizlə bərabər zəmanət yaradacam ki, ölkəmizdə kimsə qanundan üstün olmasın
Giorgi Kvirikaşvili - Şəxsən mən, siyasi dəstəmizlə bərabər zəmanət yaradacam ki, ölkəmizdə kimsə qanundan üstün olmasın

“Hüquqi dövlətdə qanun alidir və şəxsən mən, siyasi dəstəmizlə bərabər, zəmanət yaradacam ki, ölkəmizdə kimsə qanundan yuxarı olmayacaq”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, müğənni “Utsnobi” tərəfindən, 1tv.ge-yə verilən ədalətsiz şəraitlər barədə verilən şərhlərə cavab olaraq verdi.

Baş nazirin dediyinə görə, qeyd olunan məsələnin hüquqi əsası var və bu məsələlər sadəcə qanuni yollarla həll edilir.

“Sadəcə bu konkret məsələ ilə bağlı deyil, ümumiyyətlə demək istəyirəm ki, biz hüquqi dövlətdə yaşayırıq, harda ki, hüquqi davalar, qanun vasitəsi ilə həll olunur. Hüquqi dövlətdə qanun alidir və şəxsən mən, siyasi dəstəm adından zəmanət verirəm ki, bu ölkədə, qohumluq, tanışlıq və digər faktorlar qanundan üstün olmayacaq” – dedi Kvirikaşvili.

Xatırladaq ki, baş nazirin bu bəyanatı müğənni “Utsnobinin” bugün keçirdiyi brifinqdə verdiyi bəyanatına cavab olaraq verildi.

 

Şərh yaz