Elmi-maarifləndirmə sahəsində iki ölkə arasında gələcək əməkdaşlığın perspektivləri Gürcüstanən baş naziri, Giorgi Kvirikaşvili və Polşa Universitetinin adkademik dairələri nümayəndələri arasında keçirilən görüşün əsas mövzularından biri idi.
Hökumət administrasiyasının məlumatına görə, görüşdə tərəflər təcrübə mübadiləsinə və Gürcüstan və Polşa adkademik dairələri və universitetləri arasında mövcud əməkdaşlığın artırılması əhəmiyyətini xüsusilə qeyd etdilər.
Polşalı alimlər hökumət başçısına xüsusi olaraq onun üçün hazırlanmış – polşa dilinə tərcümə olunmuş “Pələng dərisi geymiş pəhləvan” nəşrini hədiyyə etdilər.
Polşa Universitetinin adkademik dairələri nümayəndələri ilə keçirilən görüşdə, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli, Gürcüstanın Polşadakı səfiri İliya Darçiaşvili və Polşanın Gürcüstandakı səfiri Mariuş Maşkieviç iştirak edirdilər.