Giorgi Kvirikaşvili Mindeli şaxtasında baş verən qəzada həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verdi
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tkibulidə, Mindeli şaxtasında baş verən qəza ilə bağlı dərin üzüntüsünü bildirdi.
Giorgi Kvirikaşvili həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verdi.
“Tkibulidə baş verən qəza ilə bağlı dərin üzüntümü bildirirəm və həlak olan fəhlələrin ailələrinə baş sağlığımı bildirirəm. Yaralananlar isə, xəstəxanadadırlar və onların sağlamlığının qorunması üçün həkimlər allərindən gələni edəcəklər”, – dedi baş nazir.
Tkibulidə, Mindeli adına şaxtada baş verən qəza nəticəsində altı nəfər həlak oldu, üçü isə, ağır yaralandı.
İlkin məlumata görə, şaxtanın tunellərindən birində, divarların deformasiyası nəticəsində, tunelin damı töküldü və altı fəhlənin ölümünüə səbəb oldu.
Hadisə ilə bağlı istintaq aparılır.