Giorgi Kvirikaşvili - İnşaat prosesində kompromisləri maksimal şəkildə istisna etməliyik
Giorgi Kvirikaşvili - İnşaat prosesində kompromisləri maksimal şəkildə istisna etməliyik

Gürcüstanın baş naziri  Giorgi Kvirikaşvili bugünki hökümət iclasında Batumidə baş verən faciəyə haqqında danışdı.

Giorgi Kvirikaşvilinin dediyinə görə, Batumidə 11 insanın ölümü ilə bağlı, 27 noyabr tarixi matəm günü elan edildi.

“Bu hadisə baş verən andan dedim ki, bu faciəyə səbəb olan hərkəs cəzalandırılmalıdır və hazırda istintaq yanğının səbəblərini müəyyənləşdirməyə çalışır. Yanğınlar hər yerdə baş verir və belə hadisələrdən kimsə sığortalanmayıb, ancaq biz maksimumu etməliyik ki, burada belə hadisələrə yol verilməsin” – dedi baş nazir.

Kvirikaşvilinin dediyinə görə, inşaat və binalaraın ekspluatasiyaya verilməsi prosesində kompromislərə qətiyyən yol verilməməlidir.

“İnvestisiya vacibdir, ancaq insan həyatı daha önəmlidir və müəyyən orqanlara müraciət edirəm ki, inşaat məsələlərində maksimal şəkildə nəzarət artırılsın” – dedi Giorgi Kvirikaşvili.