Giorgi Kvirikaşvili İkinci İliayı yubiley münasibəti ilə təbrik edir
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci İliayı 85 illik yubiley münasibəti ilə təbrik edir.
“Bugün patriarxmızın, pak və müqəddəs İlianın 85 yubileyini qeyd edirik. Böyük sevgi və hörmətlə onun əvəzolunmaz 40 illik fəaliyyətinin qarşısında baş əymək istəyirəm.
Onun duaları və yorulmaz fəaliyyətinin nəticəsidir ki, bugün bir çox kilsə bərpa olunub. Onun xeyir duaları və nəsihəti isə, Gürcüstan əhalisinə çox lazımdır.
Belə bir dini liderə sahib olan millət həqiqətən də xoşbəxtdir.
Pak və Müqəddəsə can sağlığı və daha uzun illər boyu millətinə qayğı göstərməsini arzulayıram” – deyilir baş nazirin bəyanatında.