Giorgi Kvirikaşvili - İctimai Yayımçının binasının şəhərin mərkəzindən başqa yerə köçürülməsi barədə tənqidləri anlaya bilmirəm

Baş Nazir Giorgi Kvirikaşvili bəyanatına görə, İctimai Yayımçı binasının, paytaxtın mərkəzindən kənara köçürülməsi barədə tənqidləri anlamsız hesab edir.

Baş nazirin qeyd etdi ki, Yayımçının binası şəhərin mərkəzində də tikilsəydi, yenə tənqidə səbəb olacaqdı. Kvirikaşvili, binanın harda tikiləcəyinin niyə tənqid edildiyini anlamadığını bəyan etdi.

Parlamentə keçirilən görüş zamanı “Avropa Gürcüstanı”-nın liderlərindən biri Levan Abesadze bəyan etdi ki, İctimai Yayımçı, başqa yerə keçənə qədər, indi olduğu ərazidəki binanın təmirinə təqribən 2 milyon lari xərcləyir və bu başa düşülməsi zor məsələdir.

“Əgər bina satılacaqsa, onun təmirinə niyə xərclənir pul”? – dedi İrakli Abesadze.