Giorgi Kvirikaşvili - Gürcüstanın kontinentlər arasında möhkəm əlaqələrin yaradılmasına kiçik qatqısının belə olması böyük bir şərəfdir
Giorgi Kvirikaşvili - Gürcüstanın kontinentlər arasında möhkəm əlaqələrin yaradılmasına kiçik qatqısının belə olması böyük bir şərəfdir

“Gürcüstan tarixi olaraq, qərb və şərq iqtisadiyyatlarını və mədəniyyətlərini birləşdirən, əhəmiyyətli bir yol kəsişməsində yerləşir. Tarix boyu biz çox çətinliklərlə üzləşdik və imkanlarımızdan maksimal şəkildə istifadə edərək, müstəqilliyimizi qoruya bildik” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “İpək Yolu Forumunda” çıxış edərkən verdi.

Giorgi Kvirikaşvilinin qeyd etdiyinə görə, bugün bütün dünya, Avropa və Asya bir çox çağırışların qarşısında durur, ancaq, sülh və sabit inkişaf imkanları da mövcuddur.

“Forumumuzun məqsədi məhz bu imkanların üzərə çıxardmaq və daha yaxşı gələcəyə doğru addımlar atmaqdır. Gürcüstanın kontinentlər arasında möhkəm əlaqələrin yaradılmasına kiçik qatqısının belə olması bizim üçün böyük bir şərəfdir. “Böyük İpək Yolu” bərpa ediləcək və ümid edirəm ki, bugünki konfrans da bunun üçün imkan yaradacaq”, – dedi baş nazir.

Gürcüstanda “İpək Yolu Forumu” artıq ikinci dəfə keçirilir və onda 37 ölkənin nümayəndə heyyəti və bir çox beybəlxalq təşkilatlar iştirak edir.