Giorgi Kvirikaşvili - Gürcüstanda tarixi olaraq, ictimaiyyətin və ölkənin inkişafında qadının rolu hər zaman dəyərləndirilib
Giorgi Kvirikaşvili - Gürcüstanda tarixi olaraq, ictimaiyyətin və ölkənin inkişafında qadının rolu hər zaman dəyərləndirilib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qadınları 8 mart, qadınlar bayramı münasibəti ilə təbrik etdi.

“Böyük hörmətlə bütün qadınları 8 mart – beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm və onlara xoşbəxtlik və daha böyük müvəffəqiyyətlər arzulayıram.

Qürurla deyə bilərəm ki, Gürcüstanda tarixi olaraq, ictimaiyyətin və ölkənin inkişafında qadının rolu hər zaman dəyərləndirilib. Bizim hələ 12-ci əsrdə qadın kraliçəmiz Tamara var idi. 20-ci əsrin əvvəlində isə, siyasi proseslərdə qadınların iştirakının nadir olduğu zamanlarda, Gürcüstanın Müstəqil Respublikasında partiyanın və təsisçi iclasın qadın üzvləri var idi. Bu il biz demokratik respublikamızın 100 illiyini qeyd edirik və ilk parlamentar qadınlarımızı – Elisabed-Bolkvadze-Nakaşidze, Eleonora-ter-Parseqova-Maxviladze, Minadora Orconikidze-Toroşelidze, Kristine Şaraşidze və Ana Soloğaşviliyi unutmamalıyıq” – deyir baş nazir öz təbrik bəyanatında.