Giorgi Kvirikaşvili "Qalereya Tbilisinin" açılışında iştirak etdi

“Qalereya Tbilisi sadəcə ticarət deyil, həmçinin, əyləncə və mədəniyyət mərkəzi olacaq” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Qalereya Tbilisinin” açılışında verdi.

Baş nazir həm-investisiya fonduna və sabiq baş nazir Bidzina İvanişviliyə bu layihənin həyata keçirilməsi üçün təşəkkür etdi.

“Əhəmiyyətli olan odur ki, inşaat prosesində ən çətin işlərdə sadəcə Gürcüstanda istehsal edilən materiallardan istifadə edildi. İnşaat prosesində iki min insan işlə təmin edildi və bugün isə, bu ticarət mərkəzində 800 nəfər çalışır. Bildiyim qədəri ilə, bu rəqəm yenə artacaq. Bu ticarət mərkəzinə 97 milyon larilik investisiya qoyuldu. İllərdir yarım qalan bu layihənin başa çatdırılmasını öz üzərlərinə götürdükləri üçün həm-investisiya fonduna və həmçinin, cənab Bidzina İvanişviliyə təşəkkür etmək istəyirəm” –  dedi Giorgi Kvirikaşvili.