Giorgi Kvirikaşvili Davosda, Dünya İqtisadi Forumda iştirak edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda Dünya İqtisadi Forumda iştirak edəcək.

Ölkə başçısı İsveçrə Konfederasiyasınıa yanvarın 22-24-də gedəcək.

Dünya İqtisadi Forum çərçivəsində, Gürcüstanın baş naziri Strategic Outlook – Eurasia disskussiyasında nitqlə çıxış edəcək.

Davosda baş nazir, həmçinin, müxtəlif ölkə liderləri və Avropa İttifaqının rəhbər şəxsləri ilə görüşlər keçirəcək.

Giorgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstanın nümayəndə heyyətinin tərkibinə vitse-premyer, Xarici İşlər Naziri Mixeil Canelidze, Maliyyə Naziri Mamuka Baxtadze və “Həm-investisiya fondunun” icraçı direktoru Giorgi Baçiaşvili daxildirlər.