Giorgi Kvirikaşvili bütün Gürcüstanı referendum günü ilə təbrik edir
Giorgi Kvirikaşvili bütün Gürcüstanı referendum günü ilə təbrik edir

Baş nazir Giorgi Kvirikaşvili bütün Gürcüstanın referendum gününü təbrik edir.

Baş nazir tərəfindən yayılan məlumatda qeyd olunur ki,  martın 31-də keçirilən referendumda, ölkəmizin itən müstəqilliyin bərpası üçün xalqın niyyəti bildirildi.

Onun dediyinə görə, tarixi günün əsas qəhramanı Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdia idi, hansı ki yaşasa bugün 79 yaşında olardı.

“1991-ci ilin martın 31-də keçirilən referendumda gürcü xalqının azadlıq istədiyi bildirildi və Gürcüstanın gələcəyi bəlli oldu.

Gürcü xalqı heç vaxt azadlıq ideyasına xəyanət etməyib. 100 il bundan öncə, mayın 26-da bu ideya həyata keçirildi və Gürcüstan ilk müstəqil demokratik respublika elan etdi.

 

1991-ci ilin martın 31-də isə, gürcü xalqın azadlıq istəyi yenə bir daha bildirildi.

Bu günün əsas qəhramanı isə, Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyadır.

 

Bütün Gürcüstanı referendum günü ilə təbrik edirəm və xalqımızın birləşmiş, güclü Gürcüstanda yaşamalarını arzulayıram” – dedi baş nazir.