“Biz öz Universitetimizlə fəxr edirik və çox əhəmiyyətlidir ki, onun 100 illik yubiley YUNESCO-nun dəstəyi ilə qeyd olunur” – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.
Baş nazirin qeyd etdiyinə görə, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin yubileyinə 147 ölkənin nümayəndələri gələcəklər.
“Bu il ən çox fəxr etdiyimiz Universitetin əsasının qoyulması tarixini qeyd edirik. Bu univeritet Gürcüstan üçün sadəcə təhsil ocağı olmayıb, o həmçinin, böyük əhəmiyyəti olan bir mədəniyyət qaynağı olub” – dedi Kvirikaşvili.