Giorgi Kvirikaşvili - Biz qış idman növləri, qış turizmi istiqamətində dünya xəritəsində olacağıq
Giorgi Kvirikaşvili - Biz qış idman növləri, qış turizmi istiqamətində dünya xəritəsində olacağıq

Biz qış idman növləri, qış turizmi istiqamətində dünya xəritəsində olacağıq – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili azad stildə sürüşmə Snoubord və Xizək Dünya Çempionatının 2023-cü ildə Gürcüstanda keçirilməsi ilə bağlı verdi.

Baş nazirin bəyanatına görə, bu qərar çox önəmli bir hadisədir.

“Dünən axşam Yunanistanda nail olduğumuz müvəffəqiyyətimizi təbrik etmədən dura bilmirəm.Beynəlxalq Xizək Federasiyasının prezidentinin bəyan etdiyi qərara əsasən, 2023-cü ildə, Dünya Xizək Çempionatının ev sahibi Gürcüstan olacaq.

Konkret olaraq, deyildi ki, Bakuriani və Qudauri dünya istiqaməti olacaq.

Bu Gürcüstanı yüksək liqaya keçirəcək və qış idman növləri istiqamətində dünya xəritəsində olmağımıza səbəb olacaq” – dedi Giorgi Kvirikaşvili.

2023-cü ildə Xizək və Snoubord Dünya Çempionatına Gürcüstan ev sahibliyi edəcək.