Giorgi Kvirikaşvili - Belə vəziyyətlərdə tənqidi fikirlər bildirmək və mövzu ilə spekulyasiyalar doğru deyil
Giorgi Kvirikaşvili - Belə vəziyyətlərdə tənqidi fikirlər bildirmək və mövzu ilə spekulyasiyalar doğru deyil

Bütün siyasətçilərə və ekspertlərə müraciət edirəm ki, belə vəziyyətlərdə müxtəlif fikirlər bildirmək və mövzu ilə spekulyasiyalar doğru deyil. Bəzi çətin zamanlarda sadəcə olaraq, hamımızın bərabər durması lazımdır, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili,  xüsusi əməliyyat zamanı yaralanan hüquqmühafizəçiləri ziyarət etməyə getdiyi Tbilisi referal xəstəxanasında verdi.

“Hazırda şəhərdə heç bir təhlükə yoxdur. Bəzi formatlara görə, biz ictimaiyyətin suallarına hələlik cavab verə bilmirik. Mövzu ilə bağlı tənqidlərə və spekulyasiyalara cavab olaraq deyirəm ki, bəli, xüsusi əməliyyat başqa cür də ola bilərdi, ancaq, bu yerdə, bizim üçün əsas əhalinin təhlükəsizliyi prioritetli idi və onları qorumaq üçün hərşey edildi. 

Bugün boş olan hərkəs özünü mütəxəssis sayıb, bilib-bilmədiyi mövzülarla bağlı fikir bildirir. Halbuki belə vəziyyətlərdə layəqətli hərəkət daha məqbuldur. Xüsusi əməliyyatda iştirak edən polislərimizə təşəkkür edirəm. Öldürülən kriminalların vətəndaşlığını xüsusi ilə vurğulamaq istəmirik, çünki onun böyük fərqi yoxdur” – dedi Kvirikaşvili.

 

Şərh yaz