Giorgi Kvirikaşvili azərbaycanlılara müraciət edir - Bugün sizinlə bərabər Novruz Bayramını qeyd etmək istəyərdim, ancaq, indi ağır dəqiqələr yaşayırıq
Giorgi Kvirikaşvili azərbaycanlılara müraciət edir - Bugün sizinlə bərabər Novruz Bayramını qeyd etmək istəyərdim, ancaq, indi ağır dəqiqələr yaşayırıq

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycanlı həmyerlilərini Novruz Bayramı münasibəti ilə təbrik etdi.

Ölkə başçısının təbrikini Marneuli əhalisinə bugün Kvemo-Kartli bölqəsinin qubernatoru Qriqol Nemsadze çatdırdı.

“Mənim azərbaycanlı qardaşlarım! Baharın gəlişi və sevgi günü olan, gözəl Nozvruz bayramınızı təbrik edirəm! Sizin bayramınıza mən də qatılıram.

Biz bir ölkənin övladlarıyıq. Əjdadlarımız bərabər yaşayırdılar, bərabər çalışırdılar və hər zaman bir-birilərinin dərdlərini və xoş günlərini paylaşırdılar. Biz də beləyik və bizim övladlarımız da belə davam edəcəklər.

Tarixi vətəninizlə də əlaqənizi itirmədiyinizi salamlayıram. Azərbaycan həmişə Gürcüstanın dostu və strateji partnyoru olub və bu dostluğun sizin üçün nə qədər önəmli olduğunu bilirəm.

Biz ölkənin gələcəyini tikirik və mütləq birləşmiş və güclü Gürcüstanda bərabər yaşayacağıq.

Mən hər zamanki kimi sizinlə bərabər Novruz Bayramını qeyd edərdim, ancaq indi işğal edilmiş Sxinvalidə ölən vətəndaşımızın dəfn mərasimi ilə bağlı ağır dəqiqələr yaşayırıq.

Yenə bir daha, bütün qəlbimlə Novruz Bayramınızı təbrik edirəm!
Sizə sülh, sabitlik, xoşbəxtlik, tərəqqi və daha da güclənmənizi arzu edirəm” – deyilir baş nazir Giorgi Kvirikaşvilinin təbrikində.

Baş nazirin bəyanatını iqtidar administrasiyasının mətbuat xidməti yayır.