Giorgi Xocevanişvili Giorgi Qaxarianın arxasında Bidzina İvanişvilinin durduğu barədə məlumatı yalanlayır
Giorgi Xocevanişvili Giorgi Qaxarianın arxasında Bidzina İvanişvilinin durduğu barədə məlumatı yalanlayır

Deputat Giorgi Xocevanişvili beş məsləkdaşı ilə bərabər “Gürcü Arzusunu” tərk etdi və Giorgi Qaxaria ilə bərabər yeni partiyanın yarıdılması haqqında danışdı.

Xocevanişvili bəyan etdi ki, Giorgi Qaxarianın arxasında Bidzina İvanişvilinin durduğu barədə məlumat yanlışdır.

“Əlbəttə ki, bu doğru deyil”, – dedi Xocevanişvili.

Giorgi Qaxarianın Tbilisi meri namizədi olub-olmayacağı ilə bağlı suallara isə, Xocevanişvili cavab verdi ki, “bu söhbətlər üçün hələ tezdir və nə baş verəcəyini proseslər göstərəcək”.

Parlamentdə bu gün keçirilən brifinqdə bəlli oldu ki, Giorgi Xocevanişvili, Beka Lilulaşvili, Ana Buçukuri, Aleksandre Motserelia, Mixeil Dauşvili və Şalva Kereselidze müstəqil deputatlar olaraq, fəaliyyətlərinə davam edəcəklər.