Giorgi Xocevanişvili - Giorgi Qaxaria ilə birlikdə qərar verdik ki, altı deputat yeni partiyanın inşaat fazasına keçirik
Giorgi Xocevanişvili - Giorgi Qaxaria ilə birlikdə qərar verdik ki, altı deputat yeni partiyanın inşaat fazasına keçirik

Giorgi Qaxaria ilə bərabər qərar verdik ki, altı deputat yeni partiyanın inşaat fazasına keçirik və “Gürcü Arzusu” partiyasını” tərk edirik, – bu barədə bəyanatı Qori və Kaspi majoritar deputatı Giorgi Xocevanişvili bu gün parlamentdə keçirdiyi brifinqdə verdi.

“Hər biriniz yaxşı bilirsiniz ki, biz Giorgi Qaxarianın dəstəsinin üzvləriyik və bizi ortaq dəyərlər və məqsədlər birləşdirir.

Bu gündən etibarən, Qaxaria ilə bərabər yeni partiyanın inşaat fazasına keçirik və bu gün “Gürcü Arzusunu” tərk etdikdən sonra, müstəqil deputatlar olaraq, siyasi fəaliyyətimizə davam edəcəyik”, – dedi Giorgi Xocevanişvili.