Giorgi Çoqovadze Havalimanları Birliyinin rəhbəri vəzifəsindən istefa etdi, yeni rəhbər isə, İqtisadiyyat Nazirliyi tərəfindən bu gün təqdim ediləcək
Giorgi Çoqovadze Havalimanları Birliyinin rəhbəri vəzifəsindən istefa etdi, yeni rəhbər isə, İqtisadiyyat Nazirliyi tərəfindən bu gün təqdim ediləcək

“Gürcüstanın Hava Limanları Birliyinin” rəhbəri Giorgi Çoqovadze vəzifəsindən istefa etdi.

İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnavanın dediyinə görə, Çoqovadze qeyd olunan şirkətdəki fəaliyyəti zamanı önəmli iş gördü və ona yeni bir sahə tapşırılacaq.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi Hava Limanları Birliyinin yeni rəhbərini bu gün, günün ikinci yarısında təqdim edəcək.

İqtisadiyyat Nazirinin dediyinə görə, “Gürcüstanın hava limanları birliyi” çox önəmli bir şirkətdir və bu il də qarşısında böyük çağırışlar olacaq, çünki Batumi və Tbilisi hava limanları daha da genişləndiriləcəklər.