Giorgi Qaxariyanın daha bir müavini olaraq Levan Kakava təyin olundu
Giorgi Qaxariyanın daha bir müavini olaraq Levan Kakava təyin olundu

Gürcüstan Daxili İşlər nazirinin müavini, Giorgi Qaxariyanın daha bir müavini olaraq Levan Kakava təyin olundu.

Müvafiq məlumat Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Levan Kakava Gəlir Xidmətinin müavini idi. Bundan əvvəl o, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin rəhbəri idi.

Levan Kakava 1979-cu ildə anadan olmuşdur. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Suxumi filialının, tarixi-hüquq fakültəsi bitirmişdir.

Giorgi Qaxariya öz müavinləri vəzifəsinə Kaxaber Sabanadze, Nino Cavaxadze və Merab Malaniyanı artıq təyin etdi.