Giorgi Qaxariya Nika Meliyaya - siz Rustavelidə qaydanı pozurdunuz, bənzər halın təkrar olunduğu təqdirdə, nəticə eyni olacaq, inanın (foto)
Giorgi Qaxariya Nika Meliyaya - siz Rustavelidə qaydanı pozurdunuz, bənzər halın təkrar olunduğu təqdirdə, nəticə eyni olacaq, inanın (foto)

Gürcüstan Daxili İşlər nazirliyinə namizəd, Giorgi Qaxariya bəyan etdi ki, Rustaveli prospektində mitinqlər zamanı Nika Meliya qaydanı pozurdu.

“Milli Hərəkat” fraksiyasının iclasında Nika Meliya Daxili İşlər nazirliyinə namizədə onun yaxalanmasını əks etdirən fotomateriallını təqdim etdi və qeyd etdi ki, onun kobud davranırdılar və heç bir polis buna cavab verməyib.

“Həmin günlərdə Rustavelidə iştirak edən bütün polis işçilərinə dərin minnətdarlığımı bildirmək istəyirəm, çünki onlar siyasi təməyüllü mitinqçilərdən böyük təhqir eşitdilər və dözdülər. Siz Rustavelidə qaydanı pozurdunuz, polisi təhqir edirdiniz. Polisin tələblərinə tabe olmurdunuz. Bir daha deyirəm, bənzər halın təkrar olunduğu təqdirdə, nəticə eyni olacaq, inanın”, – Giorgi Qaxariya Nika Meliyaya bildirdi.