Giorgi Qaxaria Zaza Saralidze ilə görüşməyə hazırdır
Giorgi Qaxaria Zaza Saralidze ilə görüşməyə hazırdır

Daxili İşlər Naziri Giorgi Qaxaria, Xorava küçəsində öldürülən yeniyetmənin atası Zaza Saralidze ilə şərtsiz görüşməyə və istintaqın detalları ilə tanış etməyə hazırdır.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, Qaxaria digər öldürülən gəncin atası ilə də vəkillərin və xalq müdafiyəçilərinin iştirakı ilə görüşdü.