Giorgi Qaxaria - Yeni personaj yaranır, asayiş ofiseri
Giorgi Qaxaria - Yeni personaj yaranır, asayiş ofiseri

Gürcüstan parlamentinin komitələrinin birləşdirilmiş iclasında deputatlar Daxili İşlər Naziri Giorgi Qaxariayi dinlədilər.

Giorgi Qaxaria parlamentin üzvlərinə nazirlikdə həyata keçirilən islahatlar çərçivəsində, kriminal polis və istintaq departametnlərinin təkmilləşdirilməsi ilə bağlı planlarını təqdim etdi.

“Nazirlikdə aparılan islahatları biz sistem yeniləşdirilməsi adlandırdıq. Bu çox zəruri prosesdir, hansı ki, bir neçə əsas istiqamətləri əhatə edir: kriminal polis, patrul polisi və sərhəd müdafiyəsi.

Vətəndaşlarımız artıq bilirlər ki, kriminal polisdə yeni institusiya olacaq və məhəllələrdə asayiş ofiseri deyə bir personaj peydah olacaq” – dedi Qaxaria.

Onun dediyinə görə, asayiş ofiseri vəzifəsi üçün müvafiq kadrların seçilməsi məqsədi ilə, müsabiqə elan edilib.