Giorgi Qaxaria - Veteranlarımıza hörmət etməliyik və ölkənin birliyi uğrunda həlak olan qəhramanları unutmamalıyıq

Gürcüstanın baş naziri Giorgi Qaxaria bugün veteranları veteran günü ilə Tsalencixadan təbrik etdi.

Dövlət başçısı Tsalencixada nitqlə çıxış edərkən, qeyd etdi ki, veteranlara hörmət edib, Gürcüstanın birliyi uğrunda həlak olan qəhramanların xatirələrinə hörmət etmək hərkəsin borcudur.

“Bugün veteranlar günüdür. Tsalencixa işğal xəttinə yaxın olan bir munisipalitetdir və işğalın nə olduğunu öz acı təcrübəsindən bilir. Veteranlarımıza hörmət etməliyik və ölkənin birliyi uğrunda həlak olan milli qəhramanları unutmamalıyıq. Hamımız hardan gəldiyimizi bilməliyik və gələcəyə doğru yolumuzu milli dəyərlərimizi qoruyaraq açmalıyıq” – dedi Giorgi Qaxaria.