Giorgi Qaxaria vətəndaşlara müraciət edir ki, koronavirusun ilk simptomlarının aşkarlandığı halda, dərhal 112-yə müraciət etsinlər
Giorgi Qaxaria vətəndaşlara müraciət edir ki, koronavirusun ilk simptomlarının aşkarlandığı halda, dərhal 112-yə müraciət etsinlər

Gürcüstanın baş naziri Giorgi Qaxaria vətəndaşları özünə-monitorinq keyfiyyətini yüksəltməyə çağırır və müraciət edir ki, koronavirusun ilk simptomlarının aşkarlandığı halda, dərhal 112-yə müraciət etsinlər.

Onun dediyinə görə, virusla adaptasiya və onun idarə edilməsi zəruridir ki, sərt iqtisadi məhdudiyyətlərin qoyulması lazım olmasın.

“Səhiyyə sistemi əlindən gələni edəcək ki, vətəndaşlarımızı qorusun, ancaq gündəlik elementar qaydalar, maska taxmaq və sosiyal məsafəyi qorumaq lazımdır ki, sərt məhdudiyyətlər qoyulmasın və ölkəmizin iqtisadiyyatına və siyasi proseslərə zərər verilməsin” – dedi Giorgi Qaxaria bugünki hökümət iclasında.