Giorgi Qaxaria - Türkiyədə ticari dövriyyəmizin ikiqat edilməsini müzakirə etdik
Giorgi Qaxaria - Türkiyədə ticari dövriyyəmizin ikiqat edilməsini müzakirə etdik

Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında Türkiyəyə səfəri haqqında danışdı.

Onun dediyinə görə, Türkiyədə, iki ölkə arasında ticari dövriyyənin ikiqat edilməsi imkanları müzakirə edildi.

Baş nazirin dediyinə görə, Türkiyə prezidenti onun dəvəti ilə, yaz aylarında Gürcüstana gələcək.

“Həmkarlarımızla, xüsusi ilə də, iqtisadi profilli nazirlərlə görüş zamanı çox əhəmiyyətli işlər görüldü. İki ölkə arasında ticari dövriyyənin ikiqat edilməsi imkanlarını müzakirə etdik.

Həmçinin, demək istəyirəm ki, Türkiyə prezidentini Gürcüstana dəvət etdim və o da razı oldu və yaz aylarında Tbilisiyə gələcək” – dedi baş nazir.