Giorgi Qaxaria - Sistemli lokdaun olmayacaq, sadəcə olaraq, lokal bağlanmalar olacaq ki, virusun partlamasının qarşısını ala bilək
Bizim bugün əsas məqsədimiz ölkə iqtisadiyyatına minimal zərər verməkdir ki, X momentdə, dünya iqtisadi vəziyyətin bərpasına başlayanda, iqtisadiyytımızın tez zamanda bərpasını təmin edə bilək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria “İmedi” telekanalının efirində verdi.
Baş nazir xüsusi ilə vurğuladı ki, ölkədə sistemli lokdaun olmayacaq.
“Hər birimiz yaxşı başa düşməliyik ki, iqtidar tərəfindən vətəndaşlara və biznesə yardım üçün atılan addımlar və görülən tədbirlər yetərli deyildi və yeni tədbirlər görülməlidir.
Biznesi rahatlatmaq üçün demək istəyirəm ki, ölkədə sistemli lokdaun olmayacaq, sadəcə olaraq, müəyən yerlədə lokal məhdudiyətlər olacaq.
Lokal məhdudiyyətlər bəzi iri şəhərlərdə də ola bilər, ancaq, bütün bunlar virusun prevensiyası üçün müvəqqəti tədbirlərdir. Ölkə miqyasında böyük lokdaun məsələsini heç müzakirə etmirik” – dedi Giorgi Qaxaria.