Giorgi Qaxaria - Seçkilərin təxirə salınması üçün heç bir əsas yoxdur, bunu düşünmürük belə
Bugünki vəziyyətdən irəli gələrək, seçkilərin təxirə salınması üçün heç bir əsas yoxdur, bunu düşünmürük belə. Rəsmi mövqe budur, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasından sonra verdi.
Onu dediyinə görə, seçkiqabağı müddətdə, hərhansı məsələdən spekulyasiya üçün istifadə edirlər.
Baş nazirin dediyinə görə, pandemiya qlobal bir problemdir və Gürcüstanı daha çox birləşdirməlidir.
“Biz heç bir formata qarşı deyilik, təəsüf ki, kifayət qədər toksik bir seçkiqabağı mühitində, bütün mövzular spekulyasiya üçün istifadə edilir. Bizim spekulyasiya üçün vaxtımmız yoxdur. Yoxsa, müxalifət ilə söhbət etməkdən heç vaxt baş qaçırdmamışıq. Biz hərhansı dialoq üçün hazırıq.
Seçkilərə gəlincə isə, seçkilərin təxirə salınması üçün heç bir əsas yoxdur, bunu düşünmürük belə. Rəsmi mövqe budur. İnfeksiya sayının artmasına baxmayaraq, biz bu prosesi idarə edə bilirik” – dedi baş nazir.