Giorgi Qaxaria - Sameqrelo-Zemo Svaneti ən inkişaf etmiş region olmalıdır, Abxaziyaya yaxın olduğumuz bölgədə ən yaxşı olmalıyıq
Sameqrelo-Zemo Svaneti bir region olaraq, ölkəmizin ən inkişaf etmiş bölgəsi olmalıdır, Abxaziyaya yaxın olduğumuz bölqədə ən yaxşı olmalıyıq, – bu bvarədə bəyanatı Daxili İşlər Naziri Giorgi Qaxaria, hökümət administrasiyasında, Sameqrelo Zemo-Svaneti regionunun yeni qubernatoru Aleksandre Motsereliayı təqdim edilərkən verdi.
Nazirin dediyinə görə, Sameqrelo Zemo-Svanetinin inkişaf üçün hər cür potensialı – işgüzar əhalisi, təhsili olan cəmiyyəti və digər gərəkli xüsusiyyətləri var.
Onun dediyinə görə, regiona məhz Aleksandre Motserelianın təyin edilməsinin əsas səbəbi də regionun inkişafı idi.
Daxili İşlər Naziri qeyd etdi ki, Sameqrelo regionuna hökümət tərəfindən xüsusi diqqət yetiriləcək.