Giorgi Qaxaria - Şaiələr yayılır ki, iqtidar Kazbegidə məhdudiyyətlər qoymağı planlaşdırır, ancaq bu yalandır, çünki vəziyyət tamamilə nəzarət altındadır
Giorgi Qaxaria - Şaiələr yayılır ki, iqtidar Kazbegidə məhdudiyyətlər qoymağı planlaşdırır, ancaq bu yalandır, çünki vəziyyət tamamilə nəzarət altındadır

Şaiələr yayılır ki, iqtidar Kazbegidə məhdudiyyətlər qoymağı planlaşdırır, ancaq bu yalandır, çünki Kazbegidə vəziyyət eyni Lars keçid məntəqəsindəki kimi tamamilə kontrol altındadır, – bu barədə bəyanatı baş nazir Giorgi Qaxaria idarələrarası koordinasiya şurasının iclasında verdi.

Qaxarianın dediyinə görə, 54 205 yük maşını sürücüsünə kest keçirildi və onlardan 788 nəfərdə virus aşkarlandı.

“Həmçinin, məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin, Lars keçid məntəqəsində işləyən bir neçə əməkdaşı infeksiyaya yoluxub. İndi də şaiələr yaranır ki, güya Kazbeqidə də məhdudiyyətlər qoyulacaq, ancaq belə bir risk yoxdur və vəziyyət tamamilə nəzarət altındadır” – dedi Giorgi Qaxaria.