Giorgi Qaxaria - Sağalan pasientlərin sayının 2000 olması bizə ehtiyyatlı opimizm üçün əsas verir
Koronavirusdan sağalan pasientlərin sayının 2000 olması bizə ehtiyyatlı opimizm üçün əsas verir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, İdarələrarası Koordinasiya Şurasının iclasında verdi.
Dövlət başçısının dediyinə görə, proses tamamilə nəzarətə tabedir. Klinik idarəetmənin yeni modeli effektiv şəkildə işləyir və həkimlər əllərindən gələni edirlər ki, çox sayda xəstələrin olduğu şərtlərdə, prosesi idarə edə bilsinlər.
“Təəsüf ki, bütün dünyada və xüsusi ilə də, Avropa infeksiya hallarının artdığını görürük. Ölkəmizdə də infeksiya hallarının artması müşahidə olunur. Ancaq Avropa çərçivəsində, digərləri ilə müqayisədə, yenə də normal görünürük, ancaq təbii ki, bu rahat olmağımız üçün əsas deyil.
Düzdür, sağalan pasientlərin sayının 2000 olması bizə ehtiyyatlı opimizm üçün əsas verir və deyə bilərəm ki, vəziyyət tamamilə nəzarətə tabedir. Klinik idarəetmənin yeni modeli effektiv şəkildə işləyir və həkimlər əllərindən gələni edirlər ki, çox sayda xəstələrin olduğu şərtlərdə, prosesi idarə edə bilsinlər” – dedi baş nazir.
Qaxariyanın bəyan etdiyinə görə, lokal məhdudiyyət strategiyası davam edir. Onun dediyinə görə, tibbi maska taxmaq, lokal məhdudiyyətlərin qoyulması zərurəti ilə birbaşa bağlıdır.
“Lokal məhdudiyyətlər davam edir, ancaq hərkəs dərk etməlidir ki, sosiyal məsafənin qorunması və tibbi maskaların taxılması, necə qapalı, eləcədə açıq məkanlarda, kritik dərəcədə vacibdir. Nə qədər çox insan tibbi maska taxsa, lokal məhdudiyyətlər o qədər az olacaq. Bunu hərkəs başa düşməlidir” – dedi Qaxaria.