Giorgi Qaxaria - Ratianini işi yüksək obyektivliklə istintaq edilməlidir
Giorgi Qaxaria - Ratianini işi yüksək obyektivliklə istintaq edilməlidir

“Zviad Ratianini işi yüksək obyektivlik keyfiyyəti ilə, istintaq olunmalıdır”, – bu barədə bəyanatı Daxili İşlər Naziri Giorgi Qaxaria, Mədəniyyət nazirliyində yazıçılarla görüş zamanı verdi.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, videonun yayılması ilə bağlı xoşa gəlməz anlar oldu, ancaq əsas diqqət ictimaiyyətin reaksiyasına yetirilməlidir.

“Vətəndaş Zviad Ratiani ilə bağlı konkret hal, detallı şəkildə öyrənilməlidir. Onunla bağlı yayımlanan kadrlar haqqında dəqiq məlumatım yoxdur, sadəcə onu bilirəm ki, televiziyada yayımlanan videonun tam versiyası internetdə, hansısa saitdədir”– dedi Giorgi Qaxaria.

Giorgi Qaxarianın Mədəniyyət nazirliyinə gözlənilmədən getdi. Onun yazıçılarla və naşirlərlə keçirdiyi görüş öncədən planlaşdırılmamışdı, ancaq nazirin dediyinə görə, bu görüş tamamən işguzar idi.

Həmin vaxtda Mədəniyyət naziri Mixeil Giorqadze yazıçılar və naşirlərlə Frankurt kitab festivalı ilə bağlı görüş keçirirdi.