Giorgi Qaxaria - Səlahiyyətindən suistifadə etmə faktı təsdiqlənən hər bir polis əməkdaşı sərt şəkildə cəzalandırılacaq
Səlahiyyətindən suistifadə etmə faktı təsdiqlənən polis sərt şəkildə cəzalandırılacaq, – bu bəyanatı Daxili işlər Naziri Giorgi Qaxaria parlament iclasında verdi.
Giorgi Qaxaria Koka Kobaladzenin döyülməsi faktı ilə bağlı danışdı və qeyd etdi ki, istintaq nəticəsində məlum oldu ki, Kobaladzenin evinə iki polis getdi və onlar bu məlumatı gizlədirdilər.
20 yaşlı Koka Kobaladzenin anası polisə məlumat verdi ki, evlərinə polis forması ilə gələn iki nəfər onun oğlunu dövdü.
Koka Kobaladze Fransada həbs edilən Aleksandre Kobaladzenin oğludur.
“Belə bir hərəkət sistem üçün qeyri-məqbuldur. Biz dissiplin cəzasından istifadə edəcəyik və qeyri-qanuni hərəkət edən polis əməkdaşları cəzalandırılacaqlar. Həmçinin, onların rəhbərləri və Qldani-Nadzaladevi polis şöbəsini rəhbəri, işlərindən azad ediləcəklər” – dedi Giorgi Qaxaria.