Giorgi Qaxaria - Pedaqoqların, tibb işçilərinin, polislərin əməyi və qatqısı əvəzsizdir, xüsusi ilə də Qoridə, işğal xəttinin yanında
Pedaqoqların, tibb işçilərinin və polislərin işlədiyi dövlət strukturlarının kritik dəyəri və əhəmiyyəti var, – bu barədə bəyanatı baş nazir Giorgi Qaxaria Şida Kartli regionunda müəllimlərlə görüş zamanı verdi.
Hökümət başçısının bəyanatına görə, bu dövlət strukturları hər bir vətəndaşa sakit və stabil mühitdə yaşamaq və öz imkanlarını realizasiya etmək imkanını verirlər.
“Son zamanlar bizi fundamental prioritetlərimizi müəyyən etdiyimiz büdcəmizə görə tənqid edirlər. Bu prioritetlər isə, uşaqlar, gənc nəsil və əməkdar xalqdır. Dövlət aparatı ilk növbədə, müəllimlərimizə və tibb işçilərimizə qayğı göstərmək istəyir. Pedaqoqların, tibb işçilərinin, polislərin əməyi və qatqısı əvəzsizdir, xüsusi ilə də Qoridə, işğal xəttinin yanında” – dedi Qaxaria.
Baş nazirin dediyinə görə, onun regionlara hər səfəri ilk növbədə məhz pedaqoqlarla, tibb işçiləri və polislərlə görüşlə başlayacaq.