Giorgi Qaxaria - Oktyabrın 31-də, vətəndaşlarımız doqquz partiyayı dəstəklədilər, inanıram ki, hər bir siyasi birləşmə bu məsuliyyəti dərk edib, gürcü seçicinin layiq olduğuna görə hərəkət edəcək
Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, o ümid edir ki, siyasi partiyalar seçicilər tərəfindən onlara verilən məsuliyyəti dərk edib, ölkənin qarşısında duran problemlərin həlli üçün və gələcəyinənə qayğı göstərmək üçün gəlib parlamentdə işləyəcəklər.
“Oktyabrın 31-də, vətəndaşlarımız doqquz partiyayı dəstəklədilər, inanıram ki, hər bir siyasi birləşmə bu məsuliyyəti dərk edib, gürcü seçicinin layiq olduğuna görə hərəkət edəcək.
Ümidvaram ki, xalq tərəfindən mandat alan siyasi partiyalar ölkənin qarşısında duran çağırışlarla mübarizə məqsədi ilə və ölkəmiizn gələcəyinə qayğı göstərmək üçün, gərəkdiyi şəkildə hərəkət edib, gəlib parlamendə işləyəcəklər.
Hər birimiz anlamalıyıq ki, qarşımızda olan qlobal pandemiya, iqtisadi krizis, regional problemlər kimi çağırışlar şəraitində, ölkəmizdə növbəti stabil inkişaf, stabil siyasi proses çox vacibdir” – dedi baş nazir.