Giorgi Qaxaria - Narkotiklərlə mübarizə Bassiani ilə başlamayıb və Bassiani ilə başa çatmayacaq
Narkotiklərlə mübarizə Bassiani ilə başlamayıb və Bassiani ilə başa çatmayacaq, – bu barədə bəyanatı daxili İşlər Naziri (namizəd) Giorgi Qaxaria parlamentin növbədənkənar iclasında verdi.
Giorgi Qaxarianın dediyinə görə, Daxili İşlər Nazirliyi maksimumu edəcək ki, narkotiklərlə mübarizənin hər növü effektiv olsun.
“Narkotiklərlə mübarizə zamanı Daxili İşlər Nazirlyi üçün qapalı və açılmayan qapılar olmayacaq. Düşünürəm ki, narkotiklərlə mübarizə sadəcə Daxili İşlər Nazirliyi üçün deyil, hərkəs üçün prioritet olmalıdır.
Ümid edirəm ki, bu məsələ ilə bağlı, qanunvericilik çərçivəsinin inkişafında parlament də bizə yardım edəcək” – dedi Giorgi Qaxaria.