Giorgi qaxaria - Mənim öz reytinqim var, bunu sizə seçkilərdən sonra açıqlayacam
Mənə reytinqlər və ictimai sorğular lazım deyil, hələ ki, müxalifət partiyaları və televiziyaları tərəfindən hazırlanan reytinqlər heç lazım deyil, çünki xalqla ünsiyyətdəyəm, öz reytinqim var və bunu sizə seçkilərdən sonra açıqlayacaqm” – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria koordinasiya şurasının iclası başa çatdıqdan sonra verdi.
Qaxaria qeyd etdi ki, seçki qabağı müddətində, müxalifətin şərhləri, narativi və bəyanatları əsassız və boş idi.
“Son üç aydır, xalqla görüşürəm, mənim üçün hissiyat önəmlidir və öz reytinqim var. Seçkilərdən sonra bunu açıqlayacaqm” – dedi Giorgi Qaxaria.
Seçkilərdən sonra, səslərin qorunması üçün müxalifətin keçirəcəyi etiraz aksiyaları ilə bağlı suallara isə, baş nazir cavab verdi ki, kiminsə fantaziyalarında nələrsə yarana bilər, ancaq qanun çərçivəsindən kənara çıxmadığı sürədə, kimsənin ifadə azadlığına heç bir təhlükə yaranmayacaq.
“Polis hər bir vətəndaşı qoruyacaq. Ancaq hərhansı hərəkət qanun çərçivəsindən kənara çıxsa və digər vətəndaşlar üçün təhlükə yaransa, polis öz mandatına müvafiq şəkildə hərəkət edəcək” – dedi baş nazir.