Giorgi Qaxaria - Məhdudiyyətlərin məqsədi odur ki, fevral ayından normal həyata davam edə bilmək imkanımız olsun

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, koronavirusun daha çox yayılmasına qarşı qoyulan məhdudiyyətlərin məqsədi odur ki, fevral ayından Gürcüstan əhalisinin normal həyata davam edə bilmək imkanı olsun.

Dövlət başçısının bugünki hökümət iclasında bəyan etdiyinə görə, əsas olan odur ki, vətəndaşlar tətbiq olunan məhdudiyyətləri qorusunlar ki, ölkədə infeksiyaya yoluxma sayı azalsın.

“İki aylıq plan elan etdik, hansı ki, ölkədə epid-vəziyyəti stabilləşdirməlidir. Həmçinin, intensiv testləşdirmə elan etdik və yaxın günlərdə, gündə 20 min nəfərin testdən keçmə imkanı olacaq. Məqsədimiz odur ki, iki aylıq məhdudiyyətlər planı maksimal şəkildə effektiv olsun ki, fevral ayından normal həyata davam etmək imkanımız olsun” – dedi baş nazir.

Giorgi Qaxarianın dediyinə görə, bu tədbirlərə paralel olaraq, həmçinin, xüsusi qrup yarandı, hansı ki, vaksinasiya planı üzərində işləyir.