Giorgi Qaxaria Mayk Pompeoya - Əməkdaşlığımızın və partnyorluğumuzun və həmçinin Qafqaz regionunda ABŞ-ın nümayəndəliyinin daha da gücləndirilməsinin zamanı gəldi
Giorgi Qaxaria Mayk Pompeoya - Əməkdaşlığımızın və partnyorluğumuzun və həmçinin Qafqaz regionunda ABŞ-ın nümayəndəliyinin daha da gücləndirilməsinin zamanı gəldi

“Siz bu ölkənin həqiqi dostusunuz. Biz şəxsən sizə və Birləşmiş Ştatlara strateji partnyorluğunuza və dəsətyinizə görə minnətdarıq. ABŞ-la olan partyorluğumuz bizim üçün ən önəmlidir”, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüş zamanı verdi.

Dövlət başçısı ABŞ-ın dövlət katibinə pandemiya dövründə Gürcüstana səfəri üçün xüsusi ilə təşəkkür etdi.

“Koronavirusla mübarizə prosesində də bizə göstərdiyiniz dəstək üçün təşəkkür edirik. Məlum olduğu kimi, bizi Luqar laboratoriyası ilə bağlı maraqlı əməkdaşlıq birləşdirir, hansı ki, koronavirusla mübarizənin ən önəmli aspektlərindən biridir.

Amerika Birləşmiş Ştatları tərəfindən Gürcüstanın ərazi bütövlüyünə edilən hörmət bizim üçün xüsusi ilə dəyərlidir, çünki işğal qüvvələri hələdə sərhədlərimizin yanında dururlar.

ABŞ-la strateji partnyorluğumuz isə, azadlıq və demokratiya kimi ortaq dəyərlərə əsaslanır.

Sizi əmin etmək istəyirəm ki, əməkdaşlığımızın və partnyorluğumuzun və həmçinin Qafqaz regionunda ABŞ-ın nümayəndəliyinin daha da gücləndirilməsinin tam zamanı gəldi. Gürcüstana səfəriniz üçün yenə bir daha təşəkkür edirəm” – dedi Giorgi Qaxaria.

Bu haqda məlumatı baş naziirn mətbuat xidməti yayır.