Giorgi Qaxaria - Küçədə baş verən siyasi fəallıq, bizdə koronavirusu pikini lap tezləşdirəcək
Küçədə baş verən siyasi fəallıq, bizdə koronavirusu pikini lap tezləşdirəcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria idarələrarası koordinasiya şurasında verdi, hansı ki, dövlət başçısının rəhbərliyi ilə video-konfrans formatında keçirildi.
Giorgi Qaxaria qeyd etdi ki, bugün koronavirusun 2 400 halı qeydə alınıb.
Onun dediyinə görə, küçələrdə baş verən siyasi fəallıqları və Avropada virusun dinamikasını nəzərə alaraq, görünür ki, Gürcüstanda kortonavirus hallarının artması davam edəcək.
Baş nazir müvafiq idarələrin maksimal mobilizasiyasının əhəmiyyətini və gərəkən tədbirlərin dahada efektivləşməsi gərəkdiyini vurğuladı.
“Küçədə gördüyümüz mobillik, əlbəttə ki,koronavirusun artması ilə birbaşa bağlıdır. Ona görə də, bütün nazirliklərin və idarələrin tam mobilizasiyası vacibdir. Bununla yanaşı, biz adaptasiya qaydalarınə dəyişmirik, ancaq buna paralel olaraq, lokal məhdudiyyətlər paketi daha da effektivləşməlidir. Ölkə miqyasında geniş miqyaslı məhdudiyyətlərdən bəhs etmirəm, ancaq lokal məhdudiyyətlər daha sərt olmalıdır” – dedi Qaxaria.