Giorgi Qaxaria - Xüsusi ilə qeyd etməliyəm ki, məhdudiyyətlər seçki kampaniyasına və agitasiyasına aid olmayacaq
Xüsusi ilə qeyd etməliyəm ki, məhdudiyyətlər seçki kampaniyasına və agitasiyasına aid olmayacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.
Ritual tədbirlərin qadağan edilməsi ilə bağlı söhbət edərkən baş nazir qeyd etdi ki, Tbilisidə keçirilən toylardan birindən sonra, ökədə beş infeksiya klasteri yarandı.
“Bugündən etibarən, 200-dən artı nəfərin açıq səma altında yığılması qadağan edilir. Bu əhalidə narazılıq yarada bilər, ancaq bu bir faktdır ki, bir toydan 5 klaster yarandı. Vətəndaşlarımızın sağlamlığı üçün bu tədbirləri görməliyik və böyük yığıncaqlara məhdudiyyət qoymalıyıq” – dedi baş nazir.
Baş nazirin dediyinə görə, gecə klubları və açıq məkanlarda əyləncə də qadağan edilir.